Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyevin İtaliyaya işgüzar səfəri başlamışdır

10 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya işgüzar səfəri başlamışdır.

 

Səfər çərçivəsində Oqtay Şirəliyev italiyalı həmkarı Ferruçio Fazio ilə görüşmüşdür. Görkəmli akademik, Azərbaycan Milli Onkologiya Mərkəzinin direktoru prof. Cəmil Əliyevin də iştirak etdiyi görüşdə səhiyyə və tibb elmləri sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Görüşün sonunda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmləri sahəsində Anlaşma memorandumu imzalanmışdır.

 

Daha sonra (12 noyabr) Oqtay Şirəliyev İtaliyanın onkologiya sahəsinin aparıcı mərkəzlərindən sayılan Regina Elena İnstitutuna baş cəkmiş və institutun fəaliyyəti ilə yaxından tanış olmuşdur.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

18/11/2010

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013