Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sertifikasiya prosesinə dair növbəti test imtahanlarında 98% mütəxəssis uğurlu nəticələr əldə etmişdir

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri artıq müəyyənləşdi. Belə ki, 29.06.2011-ci il tarixində əczaçılıq, terapiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilmiş imtahanlarda ümumilikdə 128 həkim iştirak etmişdir. İştirakçılardan 13 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. İmtahanlarda iştirak edən həkimlərdən 125 (98%) nəfəri uğurlu nəticələr əldə etmişdir.

 

Növbəti test imtahanları fizioterapiya və tibbi bərpa və pediatriya ixtisasları üzrə 06.07.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı 

 

30/06/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013