Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

RMDM-də unikal əməliyyat

Respublika Müalicəvi Diaqnostika Mərkəzində neyrocərrahiyyə əməliyyatı ilə xəstədə törəmə tam xaric edilib.

 

Mərkəzə müraciət edən 66 yaşlı qadın son aylarda, yerimənin və müvazinətin pozulması, aşağı ətraflarda artan gücsüzlük, ağrı və hissiyyatın pozulması şikayətlərinin olduğunu bildirib.

 

Köməklə, çətin yeriyən xəstəyə çəkilən MRT-də onurğa beyninin döş şöbəsində yerləşmiş, onurğa kanalını tama yaxın dolduran və onurğa beynini sıxan törəmə aşkar edilib.

 

Neyrocərrah Azər Əkbərov tərəfindən törəmə mikroskopik olaraq tam xaric edilib.

 

3 ay sonra xəstənin bütün şikayətləri keçib. Post-op MRT-də qalıq törəmə aşkar edilməyib, onurğa kanalı və onurğa beyni tam rahatdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

 

19/10/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..