Səhiyyə Nazirliyinin və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 01.07.2011-ci il tarixində Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.
Aksiya zamanı 143 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.
Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!