Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

V Beynəlxalq Tibb Konqresi keçirilir (FOTO)

Azərbaycan Tibb Universitetində (ATU) V Beynəlxalq Tibb Konqresi öz işinə başlayıb. İki gün davam edəcək toplantıda 160 elmi işə baxılacaq.

 

Konqresi giriş sözü ilə açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu ali təhsil ocağında təbabətin müxtəlif bölmələri üzrə mütəmadi olaraq beynəlxalq səviyyəli toplantıların təşkil olunduğunu bildirib.

 

Türk Endoskopik-Laporaskopik cərrahiyyə dərnəyinin (ELCD) rəhbəri, professor dr. Cavit Avcı çıxışında Azərbaycanla Türkiyə arasında bütün sahələrdə sıx əlaqələrin mövcudluğundan danışıb.

 

Qeyd edək ki, hər il olduğu kimi bu il də konqres çərçivəsində Türkiyə Beynəlxalq Endoskopik Laparoskopik Cərrahlar Dərnəyinin təşkilati dəstəyilə kolorektal cərrahiyyə kursu keçirilib. Bundan əvvəl də ATU-da Türkiyə Dövlət İstanbul Universiteti Tibb fakültəsi ilə bir neçə onlayn müştərək konfranslar və kurslar təşkil edilib.

 

V Beynəlxalq Tibb Konqresi işini sabah yekunlaşdıracaq.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

1/11/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..