Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mürəkkəb neyrocərrahi əməliyyatla beyindən böyük törəmə xaric edilib (FOTO)

Nitqin pozulması və sağ ətraflarda gücün azalması şikayəti ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edən xəstədə beyninin sol tərəfində böyük törəmə aşkar edilib.

 

Törəmə hərəkət və danışıq mərkəzlərinə yaxın yerləşən, Glioblastoma multiforme mərkəzi sinir sisteminin bədxassəli şişi olub, birincili beyin şişlərinin ən aqressiv və sıx görülən formasıdır.

 

Hər yaşda rast gəlinə bilən bu xəstəliyin müalicəsi əsasən cərrahi əməliyyatdan və yatağın şüalanmasından ibarətdir.

 

Neyrocərrah Azər Əkbərov tərəfindən törəmə xaric edilib. Əməliyyatdan sonra heç bir qüsur izlənilməyib. 4 ay sonra çəkilən baş beyin KT-də beyin dislokasiyası və ödəm keçib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

6/11/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..