Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

Vişnevskaya-Rostropoviç Fondunun dəstəyi ilə 2010-cu ilin oktyabr-noyabr aylarında aparılmış 1-ci turun davamı olaraq Səhiyyə Nazirliyi tərəfindən bu ilin aprel-may aylarında respublikanın 42 rayonunda 331 min nəfərdən çox I-VI-cı sinif şagirdləri arasında helmintozların (qurd xəstəliklərinin) profilaktikası məqsədilə Albendazol preparatı ilə 2-ci tur dehelmintizasiya (müalicə-profilaktika) tədbiri həyata keçirilmişdir.

 

Məlumat üçün qeyd edək ki, araşdırmaların nəticələrinə görə, 2011-ci ilin 6 ayı ərzində yalnız 2 nəfərdə malyariya xəstəliyi aşkar olunmuşdur. Keçən ilin müvafiq dövründə isə bu xəstəlik 23 nəfərdə qeydə alınmışdır.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

5/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013