Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

On bir ay ərzində Azərbaycanda 547 nəfər İİV-ə yoluxub (VİDEO)

Bu ilin 11 ayında Azərbaycanda 547 nəfər İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxub. Onlardan 529-u Azərbaycan vətəndaşı, 18-i isə əcnəbilərdir.

 

Bunların 356-sını kişilər, 173-nü isə qadınlar təşkil edir. İndiyədək İİV infeksiyasına yoluxduğu təsdiq olunan 6 min 111 nəfər Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata alınıb. Onlardan 4320-si kişilər, 1791-i isə qadınlardır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) mərhələsinə keçənlərin və bu mərhələdə aşkarlananların ümumi sayı 149 nəfərə bərabərdir. Hazırda QİÇS mərhələsində olanların sayı 1601 nəfərdir.

 

Bu barədə mərkəzinin direktor əvəzi Eldəniz Muradov 1 dekabr – Dünya QİÇS-lə Mübarizə Günü münasibətilə keçirilən mətbuat konfransda məlumat verib.

 

E.Muradov, həmçinin deyib: “İndiyədək Azərbaycanda 950 nəfər İİV infeksiyası səbəbindən vəfat edib. On ay ərzində nikaha daxil olmaq istəyən 115 min 348 nəfər İİV-ə görə müayinə olunub. Onlardan 128 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb”.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

3/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..