Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

Səhiyyə Nazirliyinin və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 06.07.2011-ci il tarixində Ağdaş Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.

 

Aksiya zamanı 103 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi yardımın təşkili şöbəsi

7/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013