Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Şəki və Gəncədə praktiki təlim kursları keçirilib (FOTO)

29-30 noyabr Şəkidə, 1-2 dekabr Gəncədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Türkiyə və Azərbaycandan olan məşqçilər tərəfindən praktiki təlim kursları keçirilib.

 

Şəki və 7 ətraf rayonlardan 40 nəfər, Gəncə və 14 ətraf rayonların 40 pediatr və təxirəsalınmaz təcili yardımdan həkimlər iştirak ediblər.

 

Təlim kursu zamanı ən çox rast gəlinən təxirəsalınmaz vəziyyətlər müzakirə olunub və simulyasion manikenlər üzrə praktiki vərdişlər təkmilləşdirilib.

 

Kurs bitdikdən sonra yekun test keçirilib və sertifikatlar paylanıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

5/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..