Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Macarıstanın Tibb Universitetinin nümayəndələri ATU-da qonaq olublar (FOTO)

Macarıstanın İ.Zemmelveys adına Tibb Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

 

Səfər çərçivəsində macarıstanlı mütəxəssislər ATU rəhbərliyi ilə də görüşüblər. ATU-nun rektoru, professor Gəray Gəraybəyli indiyədək Tibb Universiteti ilə bir çox xarici ali məktəblər arasında sıx əlaqələrin qurulduğunu, bu münasibətlərin ildən-ilə möhkəmləndiyini bildirib.

 

İ.Zemmelveys adına Tibb Universitetinin beynəlxalq əlaqələr direktorluğunun müdiri, professor Marsel Pop qarşılıqlı əməkdaşlığın gücləndirməsinin tərəfdarı olduğunu qeyd edib. O, ikili diplomların tanınması prosedurunun təşkilinin çox mürəkkəb, amma vacib məsələ olduğunu deyib.

 

Marsel Pop da öz növbəsində məsələ ilə bağlı müvafiq instansiyalarla danışıqlar aparmağa hazır olduğunu bildirib.

 

Ali məktəblərin mütəxəssisləri arasında təcrübə mübadiləsini olduqca vacib məsələ kimi dəyərləndirən Marsel Pop ATU-nun Tədris Cərrahiyyə Klinikasında mühazirənin yüksək səviyyədə keçdiyini, klinika rəhbərliyi ilə məhsuldar görüşün nəticələrindən məmnun qaldığını söyləyib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

7/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..