Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Göyçayda yeni tibb məntəqəsinin layihəsi təsdiqlənib (FOTO, VİDEO)

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuku Katori yeni tibb məntəqəsi layihəsi üçün Göyçayda olub.

 

Teruyuki Katori Yeniarx kəndinin sakinlərini təkmilləşdirilmiş tibbi xidmətlə təmin edəcəyini diqqətə çatdırıb.

 

Vurğulanıb ki, Yeniarx kəndində tibb məntəqəsinin tikintisi layihəsi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində Göyçay rayonunda həyata keçirilən sayca yeddinci layihədir və ümumi məbləği 49,585 ABŞ dolları təşkil edəcək.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

10/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..