Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-da ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

 

Tədbirdə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək, müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən söz açıb. Qeyd edib ki, bu tarixi şəxsiyyət bütün həyatını dövlətçiliyimizin, xalqımızın xoşbəxt və qayğısız həyatına, gələcəyinə həsr edib.

 

ATU-nun Uşaq stomatologiyası kafedrasının müdiri, professor Rəna Əliyeva çıxışında Azərbaycanın elm və təhsillə bağlı strategiyasının əsasının məhz ümummilli lider tərəfindən qoyulduğunu bildirib.

 

Mərasimdə ümummilli liderin rəhbərliyi altında Azərbaycanın keçdiyi yola nəzər salınıb. Bildirilib ki, Heydər Əliyev ölkə iqtisadiyyatının dirçəlməsi üçün əhəmiyyətli işlər görüb. Ulu öndər Azərbaycan xalqının ən faciəli günlərində xalqın yanında olub, müstəqillik illərində Azərbaycanın inkşaf yoluna qədəm qoymasında əvəzolunmaz rolu olub.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı

 

 

11/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..