Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İlan sancma diaqnozu ilə 44 nəfər müraciət etmişdir

01.04.2011-ci il tarixdən bu günə kimi ilan sancması diaqnozu ilə ümumilikdə 44 nəfər Respublika Toksikologiya Mərkəzinə müraciət etmişdir ki, bunlardan da 16 nəfəri Bakı və ətraf rayonların payına düşür. Bu günə kimi ilan sancmalardan 3 nəfər tibbi yardıma gec müraciət etməsi səbəbindən dünyasını dəyişmişdir.

 

Yuxarıda qeyd olunan tarixdən bu günə kimi əqrəb sancması diaqnozu ilə 6, qara qurd sancması diaqnozu ilə isə 3 nəfər müraciət etmişdir. Müraciət edənlərin hər birini xilas etmək mümkün olmuşdur.

 

Dəniz mövsümü başlayandan bu yana Bakı Şəhər Təcili Tibbi Yardıma suda boğulma diaqnozu ilə 8 nəfərə dair müraciət daxil olunmuşdur. Onlardan yalnız üçü hospitallaşdırılmışdır,   digərlərinə yerində yardım göstərilərək evlərinə göndərilmişdirlər.  Yalnız bir nəfər Bilgə qəsəbəsində xüsusi müəyyənləşdirilmiş çimərlikdən kənar sahədə çimərkən dənizdə boğularaq dünyasını dəyişmişdir.

 

Gün vurmadan Bakı Şəhər Təcili Tibbi Yardıma müraciət edənlərin sayı 16 nəfər olmuşdur. Bunlardan da 10 nəfərin vəziyyəti yüngül qiymətləndirilərək yardım göstərildikdən sonra evə buraxılmışlar. 6 nəfər isə qospitallaşdırılmışdır

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

7/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013