Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Neonatologiya üzrə Azərbaycan-Türkiyə 2-ci İntensiv Təlim Kursu keçirilib (FOTO, VİDEO)

Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə Komissiyası və K.Fərəcova adına Elmi-tədqiqat Pediatriya İnstitutunun təşkilatçılığı ilə Neonatologiya üzrə Azərbaycan-Türkiyə 2-ci İntensiv Kursu öz işinə başlayıb.

 

Kursu giriş sözü ilə açan səhiyyə nazirliyinin baş pediatrı professor Nəsib Quliyev və baş neonatoloq Rüstəm Hüseynov onun əhəmiyyətindən, neonatoloq və pediatrların bilik və bacarıqlarının artırılmasından, ölkədə yenidoğulmuşların sağlamlığının qorunmasında əldə edilmiş nəticələri qeyd ediblər.

 

Tədbirdə Türkiyənin Ankara Universitesi və Beyazit Yıldırım Ankara Universitetindən neonatologiya və pediatriya üzrə 5 professor iştirak edib.

 

Türkiyənin Ankara Universitetinin professoru Ömer Erdeve isə öz çıxışından Türkiyə və Azərbaycan mütəxəssisləri arasında bu əməkdaşlığın möhkəmlənməsini bir daha vurğulayıb, təcrübə mübadiləsi proqramlarının genişləndirilməsinin vacibliyini qeyd edib.

 

Kurs ənənəvi olaraq ildə 2 dəfə keçirilir. Həmçinin kursda nəzəri biliklərin paylaşılması ilə yanaşı praktik vərdişlərə də xüsusi yer ayrılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

14/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->