Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Fövqəladə hallara dair davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib (FOTO)

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi Gəncə Tibb Kollecinin kollektivi ilə “Fövqəladə hallara dair davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

 

Məqsəd müəssisənin kollektivinə, əsasən də tələbələrə müxtəlif xarakterli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanmasıdır.

 

Çıxış edənlər təbii fəlakətlər zamanı hərəkət qaydaları, zəlzələ zamanı nə etməli, yanğın təhlükəsizlik qaydaları əyani vasitələrin köməyi ilə tələbələrə göstərilib.

 

Tədbirdə dəm qazından zəhərlənmə, yanğınlar, zəlzələ və digər təbii fəlakətlər zamanı odsöndürən balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilərək, mövzulara dair videoçarxlar nümayiş olunub.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

17/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..