Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Hamiləliklə bağlı problemlər müzakirə olunub (FOTO)

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) Təkrarlanan düşüklər və tromboemboliya problemlərinə həsr edilmiş konfrans keçirilib.

 

Klinikanın direktoru, professor Surxay Hadıyev bu tip konfransların ictimaiyyətin maarifləndirilməsi baxımından çox yararlı olduğunu bildirib.

 

ATU-nun II mamalıq ginekologiya kafedrasının müdiri Hicran Bağırova və ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sədrliyi altında sessiyalar işinə başlayıb. Konfransda Azərbaycanla yanaşı, İsraildən gələn mütəxəssislərin fərqli mövzular üzrə mühazirələri dinlənilib.

 

Bundan başqa “Təkrarlanan düşüklərin etiopatogenezi”, “Anadangəlmə uşaqlıq qüsurların diaqnostikası, müalicəsi”, “Abort biomaterialların genetik təhlili və önəmi”, “Hamiləlikdə maqnezium çatışmazlığı: simptomları və müalicəsi”, “Təkrarlanan düşüklərdə antikoagulant və antiaqreqantların elmi-sübutlu istifadəsi”, “Artıq çəkili qadınların hamiləlikdə, ginekoloji əməliyyatı sırasında tromboemboliyanın profilaktikası” mövzularında mühazirələrlə çıxışlar edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

21/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..