Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.

 

Belə ki, 06.07.2011-ci il tarixində pediatriya və fizioterapiya və tibbi bərpa ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 125 həkim iştirak etmişdir. İştirakçılardan 1 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 121 (97%) nəfər uğurlu nəticələr əldə etmişdir.

 

Xatırladaq ki, sertifikasiya dair uyun ayında 10 ixtisas üzrə əsas test imtahanları keçirilmişdir. İmtahanlarda ümumilikdə 318 həkim iştirak etmişdir. İştirakçılardan 19 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərmişdirlər. Ümumilikdə isə  imtahanlarda iştirak edən həkimlərin 300 (95%) nəfəri uğurlu nəticələr əldə etmişdir.

 

 Növbəti test imtahanları Mikrobiologiya və EŞüa diaqnostikası ixtisasları üzrə 13.07.2011-ci il tarixində keçiriləcək.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı 

8/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013