Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Tibb sahəsində əməkdaşlıq genişlənir (FOTO)

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İqtisadi – ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlət komissiyasının qərarı həmçinin Azərbaycan Respublikası və İran İslam Respublikası səhiyyə nazirlərinin əməkdaşlıq haqqında razılaşmalarına əsasən İran həkimlərinin Bakıda müayinə və müalicə xidmətlərini həyata keçirməsi üçün Azər-İran klinikası yaradılıb.

 

Bugün baş tutan açılışda AR Səhiyyə Nazirliyinin rəhbərliyi və Tehrandan gələn nümayəndə heyəti iştirak edib.

 

Klinikanın açılışında məqsəd iki ölkə arasında tibb və səhiyyə sahəsində əməkdaşlığı genişləndirməkdir. Belə ki, İrandan dəvət olunmuş həkimlər öz sahələrinə uyğun olaraq xəstələri müayinə və müalicə edəcəklər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

21/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..