Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

RMDM internet mükafatı yarışmasında uğur qazanıb

Ölkənin peşəkar internet mükafatı yarışı – Milli İnternet Mükafatı – “Milli Net 2018” qaliblərinin təqdimat mərasimi olub.

 

Milli Net 2018-də 19 Nominasiya üzrə 406 internet resurs təqdim olunub və onlardan yalnız 300 resurs yarışmaya buraxılıb. Səsvermədə Azərbaycan İnternet Forumu tərəfindən  formalaşdırılan 21 nəfərlik Münsiflər Heyəti iştirak edib. Münsiflər Heyəti 2-ci səsvermə prosesində 105 Nominant arasından ən yaxşılarını seçdiklərini bildiriblər, qiymətləndirmə prosesinin kontent, dizayn və texnoloji istiqamətdə aparıldığı vurğulanıb.

 

Münsiflər Heyətinin və ekspertlərin rəyinə görə, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) YouTube kanalı ölkənin 6 ən yaxşı YouTube kanalından biri, rəsmi saytı isə "Ailə, uşaq və sağlamlıq saytı" nominasiyası üzrə ölkədə 2-ci olub.

 

Qeyd edək ki, Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı.

 

 

24/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..