Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Koxlear implant əməliyyatları keçirilib

6 və 21 yaşında xəstələr üzərində koxlear implant əməliyyatları Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) otorinolarinqoloq-cərrahı Tural Hüseynov tərəfindən uğurla həyata keçirilib.

 

Hər iki xəstədə eşitmə itkisi anadangəlmə deyil, qazanılmış olub.

 

Danışma səviyyələri normaya yaxın olsa da, xəstələr uzun zaman eşitmə aparatından istifadə ediblər, lakin danışmaları pozulmağa başlayıb.

 

Koxlear implantasiya əməliyyatları sırasında hər iki xəstədə zəruri testlər aparılıb, onlarda eşitmə sinirindən impuls alınıb və implantların normal çalışdığı təsbit edilib. Bir gün sonra evə yazılan pasiyentlərə bir ay sonra implantların xarici parçasının taxılması planlaşdırılıb.

 

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatı.

 

24/12/2018

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..