Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

"Təməl cərrahi laparoskopik bacarıqlar" kursunun iştirakçılarına sertifikatlar verilib (FOTO)

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında I kurs rezidentləri üçün təşkil olunan "Təməl cərrahi laparoskopik bacarıqlar" kursu üzrə təlimlər davam edir.

 

Kursun əsas məqsədi rezidentlərə tikişlərin qoyulması, cərrahi əlcəklərin geyinilmə və düyünlərin bağlanması qaydaları, kəsiklərin aparılması, bağırsaqlar üzərində anastomozların qoyulması, bağırsaq ilgəyinin işlənilməsi, ateromanın və dəri üzərindəki törəmələrin xaric olunması kimi ilkin cərrahi bacarıqlar, həmçinin laparoskopik alətlərlə tanışlıq və laparoskopik bacarıqların öyrədilməsindən ibarətdir.

 

Təlim başa çatandan sonra hər bir iştirakçı rezidentə xüsusi sertifikat veriləcək.

 

Növbəti mərhələdə ginekologiya, uşaq cərrahiyyəsi və ümumi cərrahiyyə ixtisasları üzrə 9 rezidentə xüsusi sertifikatlar təqdim olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

10/01/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..