Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin keçirilmə vaxtı barədə ELAN

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” nin 2.21-ci bəndinə uyğun olaraq Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkiləri təşkil edir.

 

İctimai Şuraya seçkilər Səhiyyə Nazirliyinin inzibati binasında 28 yanvar 2019-cu il tarixində keçiriləcəkdir.

 

Səsvermədə iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri 18 yanvar 2019-cu il tarixədək zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət etməlidirlər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

14/01/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->