Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilmişdir

Səhiyyə Nazirliyinin və Lənkəran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 09.07.2011-ci il tarixində Lənkəran Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir. Aksiya zamanı 116 nəfər könüllü olaraq qan vermişdir.

 

Bundan əlavə 09.07.2011-ci il tarixində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Bulvar İdarəsində könüllü qanvermə aksiyası təşkil edilmişdir. Aksiyada 67 nəfər könüllü olaraq qan vermişdir.

 

Aksiyalar zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

AKSİYALAR DAVAM EDİR!

 

Tibbi yardımın təşkili şöbəsi 

11/07/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013