Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

90 nəfər oftalmoloji müayinə olunub

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası “20 yanvar” Cəmiyyətində 20 yanvar şəhid ailələri və əlilləri arasında tibbi aksiya keçirib.

 

Aksiya zamanı 90 nəfər oftalmoloji müayinə olunub. Tibbi müayinədən keçənlərdə daha çox refraksiya patologiyası və katarakta aşkarlanıb. Onlara mütəxəssislər tərəfindən tövsiyələr verilib.

 

Bu humanitar aksiyanın keçirilməsində əsas məqsəd 20 yanvar faciəsində şəhid olanların ailələrini və əlilləri müayinə və müalicə etmək və əldə edilən nəticələri yerindəcə həll etməkdir. Şəhid ailələrinə və əlilərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir.

 

Aparılan bu işlərin məntiqi davamı olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən 20 yanvar şəhid ailələri və əlilləri oftalmoloji müayinə olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

17/01/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->