Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

1 saylı Kliniki Tibbi Mərkəzdə 20 yanvar hadisələri anılıb (FOTO)

Səhiyyə Nazirliyi 1 saylı Xəstəxanada həkimlər və şagirdlərin iştirakı ilə 20 yanvar hadisələri anılıb.

 

Tədbiri giriş sözü ilə açan baş həkimin müavini Məhəbbət İbrahimova, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran etdiyini bildirib. Hadisələr nəticəsində 137 nəfərin şəhid olması, 744 nəfərin yaralanması, 841 nəfərin qanunsuz olaraq həbs edildiyi diqqətə çatdırılıb.

 

Həyatını itirənlər arasında yaralıların yardımına gedən tibb işçiləri də az deyildi.

 

Həmçinin xəsarət alan vətəndaşlarımızın çoxunun Klinik Tibbi Mərkəzə gətirilərək şəraitsiz vəziyyətdə olan xəstəxanada əməliyyat edildiyi bildirilib. Faciə günü həkimlərin səyləri nəticəsində bir çox soydaşımızın həyatının xilas edildiyi vurğulanıb.

 

Sonda anım mərasimində iştirak edən şagirdlər pantomima şəklində həmin qanlı hadisəni canlandırıblar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

21/01/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->