Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Unikal neyrocərrahiyyə əməliyyatı icra edilib (FOTO)

İki il əvvəl görmənin pisləşməsi şikayəti ilə oftalmoloqa müraciət edən qadın pasiyentə baş beyin MRT-nin çəkilməsi tövsiyə edilsə də, buna əməl etməyib. Üçüncü övladını dünyaya gətirdikdən bir ay sonra xəstənin sağ gözündə görmə tam itib (işıq seçilməyib), solda isə 1 metrdən sadəcə kölgələr seçilib.

 

Qadın Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib, çəkilən baş beyin MRT-də görmə çarpazını, hipotalamusu, beynin əsas damarlarını sıxan böyük ölçülü (4 sm) törəmə aşkar edilib.

 

RMDM-in neyrocərrahı Azər Əkbərov tərəfindən aparılan əməliyyat nəticəsində sağ pterional kraniotomiyadan törəmə tam xaric edilib.

 

Önəmli strukturların hamısı qorunub. Bir neçə saatdan sonra xəstə sağ gözü ilə işığı seçməyə başlayıb, sol gözdə 1,5 metrdən barmaq sayılacaq qədər görməsi artıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

24/01/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->