Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-da “Torakoskopik Timektomiya.Miasteniya xəstəliyi” mövzusunda seminar keçirilib (FOTO)

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Torakoskopik Timektomiya.Miasteniya xəstəliyi” mövzusunda seminar keçirilib.

 

Seminarda açılış nitqi ilə çıxış edən, ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev klinikada mütəmadi olaraq elmi konfrans və simpoziumların keçirildiyini bildirib.

 

Tədbirdə seminarın mövzusunun çox önəmli məsələyə - timus vəzi xəstəliklərinə həsr olunması diqqətə çatdırılıb. Cərrahiyyənin bir çox sahələrində olduğu kimi, bu sahədə də mini invaziv cərrahiyyə üsullarından geniş istifadə olunmağa başlanıldığı qeyd edilib.

 

Bildirilib ki, Azərbaycan Tibb Universitetində “Miasteniya Gravis” xəstəliyindən əziyyət çəkən 14 xəstə son 3 ildə tam müalicə olunub. Azərbaycanda ilk dəfə olaraq bu xəstələr əməliyyat yolu ilə sağlamlıqlarına qovuşublar.

 

Daha sonra seminarda tibb elmləri namizədi Arif Ağayev “Torakoskopik Timektomiya”, nevroloq Yaqut Lətifova “Miasteniya xəstəliyi, diaqnostikası və müalicəsi” mövzularında mühazirələr söyləyiblər.

 

İştirakçılar mövzu ətrafında müzakirlərə aparıblar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

25/01/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->