Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Quba Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub (FOTO, VİDEO)

Jurnalistlər xəstəxananın bölmələrini gəzib, müasir avadanlıqlarla tanış olublar.

 

Quba Rayon Mərkəzi Xəstəxanasının 230 çarpayılıq yeni binası 3 ay əvvəl istifadəyə verilib.

 

Xəstəxananın nəzdində 73 çarpayılıq regionlararası perinatal mərkəz, 100 çarpayılıq rayonlararası psixonevroloji dispenser də fəaliyyət göstərir.

 

Ərazidə əsas korpusla yanaşı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub.

 

20 şöbədən ibarət xəstəxanada əhaliyə yüksək səviyyədə xidmətin göstərilməsi üçün hər bir şərait yaradılıb.

 

Paytaxtın ixtisaslaşmış həkimlərinin köməyinə ehtiyac yarandıqda cərrahiyyə və reanimasiya otaqlarında quraşdırılan videokameralardan istifadə edilir. Bütün ölkədə olduğu kimi Qubada da tibbi xidmətin səviyyəsi ildən ilə yüksəlir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

28/01/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->