Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Mürəkkəb əməliyyat müasir üsulla icra edilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) həkimləri növbəti mürəkkəb əməliyyatı endoskopik əməliyyat yolu ilə birlikdə uğurla icra ediblər.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Fərid Qaralov və LOR şöbəsinin müdiri Murad Şıxəliyev birgə cərrahi əməliyyat icra ediblər.

 

57 yaşında xəstə görmədə olan problemlərlə və qandakı hormonların artması səbəbilə Tədris Cərrahiyyə Klinikasının neyrocərrahiyyə şöbəsinə müraciət edib. Ətraflı müayinələrdən sonra xəstəyə hipofiz adenoması diaqnozu qoyulub. Kompüter tomoqrafiyası və MRT müayinəsindən sonra xəstənin əməliyyat olunması ilə bağlı qərar verilib.

 

Endonozal burundan daxil olmaqla, kənardan kəsik aparmadan şiş toxuması aşkar edilib.

 

Kənardan dəlik açmadan, burundakı təbii dəlikdən giriş yaradıldıqdan sonra şiş toxuması çıxarılıb. Əməliyyat saat yarım davam edib. Bu mürəkkəb əməliyyat tamponsuz, qansız üsulla başa çatıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

28/01/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..