Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlüyünə seçki keçirilib (FOTO)
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq 28 yanvar 2019-cu il tarixdə saat 10.00-dan 17.00-dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati binasında Səhiyyə Nazirliyi yanında İctimai Şura üzvlüyünə seçki keçirilib.
Seçkidə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri fəallıq göstəriblər. Belə ki, İctimai Şuraya seçkilərin təşkili üzrə yaradılan Seçki Komissiyasında seçki gününə 10 gün qalanadək qeyri-hökumət təşkilatlarının nümayəndələri kimi qeydiyyatdan keçmiş şəxslər seçici qismində səsvermədə iştirak ediblər.
Qeyd edək ki, yeni formalaşdırılan Şuranın tərkibi 5 üzvdən ibarət olacaq.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı









29/01/2019