Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ümumdünya Səhiyyə Təşkilatının qriplə bağlı yaydığı açıqlama

"Qrip A (H1N1) pdm09, son 10 ildə mövsümi qripə səbəb olan virusdur"

 

Bu “Donuz qripi deyil”

 

 Qrip A (H1N1) pdm09 -donuz qripi deyil. Hər il olduğu kimi adi mövsümi qripdır.

 ÜST-nin, bütün ölkələrdə qrip viruslarına nəzarət edən qlobal nəzarət sistemini (GISRS) mövcuddur.

 Ölkələrdə olan laboratoriyalar, həmçinin Azərbaycan, viruslara aid məlumatları həmin sistemə daxil edirlər.

 Mövcud olan qrip, aşağı və orta intensivliyi olan tipik mövsümi qrip hesab edilir.

 Gürcüstanda mövsümi qrip ilə bağlı vəziyyət də normal bir mövsüm sayılır, çünkü Qrip A(H1N1) pdm09 geniş yayılmış bir virusdur.

 Qrip, A və B qrip virusları ilə törədilən respirator xəstəlikdir.

 A qripi virusları asanlıqla dövr edir və bəzən ördək, toyuq, donuz, at, balina və su iti kimi heyvanlar arasında ölümcül xəstəliyə səbəb olur.

 Bir növdən olan virus bəzən başqa növləri (məsələn quşlardan insana, insandan donuzlara) yoluxdura bilər.

 Əgər heç vaxt insanları yoluxdurmayan bir qrip virusu əhalidə davamlı xəstəlik zəncirinə səbəb olarsa, yeni bir pandemiya başlaya bilər.

 Bu, 2009-cu ildə qrip virusunun donuzdan insana keçdiyi və qrip pandemiyasına səbəb olduğu zaman baş verdi.

 Xoşbəxtlikdən bu çox güclü bir virus deyildir və o, normal bir qrip mövsümündən baş verən ölüm hallarından daha çoxuna səbəb olmamışdır.

 Bu pandemiyanın səbəbi A (H1N1) pdm09 qripi idir.

 Bu, 2009-cu ildən, 10 il ərzində digər virus ilə birlikdə: H3N2, mövsümi qripə səbəb olan virusdur.

 

 Qripdən ən yaxşı müdafiə yüksək risk altında hesab edilən qruplar arasında peyvəndin aparılmasıdır:

• 65 yaşdan yuxarı olan insanlar

• 5 yaşdan aşağı olan uşaqlar

• Hamiləliyin hər hansı bir mərhələsində olan hamilə qadınlar

• Xroniki xəstəlikləri olan şəxslər

• Səhiyyə işçiləri

 

 Fərdi qoruyucu tədbirlər özümüzü qorumaq və ya qripin daha çox yayılmasının qarşısını almaq üçün çox vacibdir:

• Əlləri müntəzəm olaraq sabunla yumaq

• Öskürən və ya asqıran zaman ağız burun nahiyəsini dəsmalla örtmək

• İlkin mərhələdə, ozünü yaxşı hiss etmədikdə, izolasiya olmaq

• Xəstə insanlarla sıx əlaqədə olmamaq

• Göz, burun və ya ağıza toxunmaqdan qaçınmaq

 

 

1/02/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..