Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İctimai Şuranın ilk iclası keçirilib (FOTO)

14 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin inzibati binasında Nazirlik yanında fəaliyyət göstərəcək İctimai Şuranın ilk iclası keçirilib.

 

İclasda Şura üzvləri öz aralarında Şuranın sədri, sədr müavini və katibi vəzivəsini icra edəcək nümayəndələrini seçiblər. Belə ki, İctimai Şuranın sədri “Psixo-Sosial Yardım” İctimai birliyinin sədri Rüstəm Salayev, sədr müavini “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai birliyinin sədri Ziba Nəbiyeva, katibi isə “Azərbaycan Qarabağ müharibəsi əlilləri, Veteranları və şəhid ailələri” İctimai birliyinin üzvü Taryel Eyvazov seçilib. İctimai Şura fəaliyyət istiqamətləri üzrə reqlamentin hazırlanması ilə bağlı müzakirələr aparıb və növbəti iclasının keçirilmə vaxtını müəyyən edib.

 

Qeyd edək ki, İctimai Şuranın səlahiyyət müddəti 2 ildir.

 

Rüstəm Salayev - İctimai Şuranın sədri

Əlaqə nömrəsi: 055 337-52-37

 

Taryel Eyvazov - İctimai Şuranın katibi

Əlaqə nömrəsi: 050 329-06-55

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

15/02/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->