Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU ilə “British Council Azərbaycan” ofisi arasında əməkdaşlıq müzakirə olunub (FOTO)

“British Council Azərbaycan” ofisinin direktoru Summer Xianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

 

ATU-nun rektoru professor Gəray Gəraybəyli qonaqları salamlayaraq onlara universitet haqqında geniş məlumat verib. Həmçinin, ATU-da ingilis dilində dərs keçən müəllimlər üçün aparılan imtahanlardan danışıb.

 

Tələbələr üçün ingiliscə təlimlərin təşkilinin zərurəti qeyd edilib. Bu təlimlərin “British Council Azərbaycan” ofisinin müəllimləri tərəfindən aparıla biləcəyi qeyd olunub.

 

“British Council Azərbaycan” ofisinin direktoru Summer Xia bu sahədə ATU-ya məmnuniyyətlə dəstək ola biləcəyini vurğulayıb.

 

Görüşdə həmçinin “Sahibkarlıq”, “Marketinq”, “İnsan Resursları” mövzularında təlimlərin keçirilməsi, tələbələrə IELTS hazırlıq dərslərinin keçirilməsi kimi məsələlər də müzakirə olunub. Ümumilikdə ATU və “British Council Azərbaycan” arasında baş tutacaq gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib. Gələcək planlar barədə fikir mübadiləsi aparılıb.

 

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Nadir Zeynalov, ATU-nun xarici tələbələrlə iş üzrə dekanı Orxan İsayev, “British Council Azərbaycan” ofisinin direktor müavini Nigar Baimova və qurumun imtahanlar üzrə meneceri Nərgiz Əkbərova iştirak ediblər.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

19/02/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->