Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Son illərdə cərrahiyyədə qazanılmış nailiyyətlər” mövzusunda konfrans keçirilib (FOTO, VİDEO)

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) keçirilən “Son illərdə cərrahiyyədə qazanılmış nailiyyətlər” mövzusunda konfransda əsasən ümumi cərrahlar, neyrocərrahlar, diaqnostik və invaziv radioloq və endovaskulyar cərrahları iştirak ediblər.

 

Giriş sözü ilə çıxış edən RMDM-in baş həkimi Könül Xəlilova bildirib ki, Mərkəzin ən yeni tibbi texnologiya, beynəlxalq tələblərə uyğun olaraq layihələşdirilmiş və ən son nəsil cərrahi avadanlıqlarla təchiz olunmuş Cərrahiyyə şöbəsi son illər cərrahiyyədə bir sıra uğurlara imza atıb: “ABŞ-ın JCI (Joint Commission International) standartları ilə tibbi xidmət göstərən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin beynəlxalq təcrübəyə malik mütəxəssisləri klinikamızın unikal imkanlarından istifadə etməklə ən qısa müddətdə ən dəqiq diaqnostika və keyfiyyətli müalicəni təmin edirlər.”

 

Konfransda müasir cərrahiyyə sahəsində əldə edilmiş uğurlara nəzər salınıb, çıxış edən yüksək ixtisaslı mütəxəssislər xəstə tarixçələri əsasında təcrübələrini bölüşüblər.

 

“Endovaskulyar Cərrahiyyədə yeni nailiyyətlər” mövzusunda təqdimat edən RMDM-in Diaqnostik və İnvaziv Radioloq və Endovaskulyar Cərrahı, Prof. Ahmet Memiş bu sahədə müasir dövrün ən önəmli inkişaf məqamları ilə yanaşı, gələcəyin tibbi tətbiqləri barədə də məlumat verib.

 

“Düz bağırsaq törəmələrində Transanal cərrahiyyədə yeni ümidlər” mövzusunda çıxış edən RMDM-in ümumi cərrahı İlqar İsmayılov Respublika Müalicəvi Diaqnostika Mərkəzində həyata keçirilən bütün növ Laparoskopik əməliyyatların standartlara uyğun aparıldığını və müasir avadanlığın tətbiqinin təmin edildiyini vurğulayıb.

 

“Neyrocərrahiyyədə innovativ texnologiyaların tətbiqi. Klinik təcrübəmiz” mövzusunda çıxış edən RMDM-in neyrocərrahı Azər Əkbərov diqqətə çatdırıb ki, ölkəmizdə son illər ərzində neyrocərrahiyyədə innovativ texnologiyaların tətbiqi sayəsində bir sıra uğurlara nail olunub. Məruzədə Respublika Müalicəvi Diaqnostika Mərkəzində icra edilən unikal və mürəkkəb neyrocərrahiyyə əməliyyatları barədə məlumatlar xəstə tarixçələri əsasında təqdim olunub.

 

Sonda iştirakçılara Sertifikat verilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

4/03/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..