Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qusar MRX-nın həkimləri ağır xəsarət alan xarici şirkət əməkdaşının həyatını xilas ediblər

İstirahət Mərkəzlərindən birində bədbəxt hadisə baş verib. Xarici işçilərdən biri xəstəxanaya yerləşdirilib. Şepelyov Nikita Mixayloviç qaraciyər, böyrək, dalaq, bağırsağın ağır xəsarətləri, çoxlu qanitirmə və ağır travmatik şok diqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub.

 

N.Şepelyov Qusar rayon mərkəzi xəstəxanasında əməliyyat olunub. Həkimlər yaralının həyatını xilas ediblər.

 

Qeyd edək ki, Şepelyov Nikita Mixayloviç Səhiyyə Nazirliyinə və Qusar Mərkəzi Rayon Xəstəxanasına minnətdarlıq məktubu ünvanlayıb.

 

Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

5/03/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..