Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Təhsil müddəti uzadılmış rezidentlərin buraxılış yekun attestasiyası olub (FOTO)

Azərbaycan Tibb Universitetində rezidentura üzrə əmək qabiliyyətini müvəqqəti itirməsi və analıq məzuniyyəti ilə əlaqədar təhsil müddəti uzadılmış rezidentlərin buraxılış yekun attestasiyası olub.

 

Birinci mərhələdə imtahana girən 65 nəfərdən 4-ü lazımi qədər bal toplamadığından ikinci mərhələyə buraxılmayıb.

 

Rezidentura şöbəsinin müdiri, professor Rizvan Məmmədov deyib: “Ötən il imtahana gəlməyənlər, kəsiri olanlar və birinci mərhələdən keçənlərlə birgə 82 nəfərin ikinci, yəni klinik bacarıqlar mərhələsinə buraxılması gözlənilirdi. Lakin müəyyən səbəblərdən 18 nəfər imtahana gəlməyib, 70 nəfər isə 23 ixtisas üzrə bütün dövlət imtahanlarını uğurla verərək həkim-mütəxəssis adına layiq görülüb”.

 

Onun verdiyi məlumata görə, kardiologiya, pediatriya, ginekologiya, reanimatologiya və anesteziologiya ixtisasları üzrə daha çox rezident imtahanda iştirak edib. Klinik bacarıqlar mərhələsi səhiyyə nazirinin əvvəlcədən təsdiqlədiyi komissiyanın nəzarəti altında aparılıb, məzunların şikayət və narazılığı qeydə alınmayıb.

 

Əsas buraxılış yekun attestasiyası bir qayda olaraq hər ilin oktyabrında keçirilir və rezidentlərin növbəti dəfə təkrar imtahana gəlmək hüququ saxlanılır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

5/03/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..