Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Kardiologiya institutunda konfrans keçirilib (FOTO)

Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası (ANDOP –Academy of Nutrition, Dietetics and Obesity Prevention) Akademiyası ilə birgə “Kardioloji pasientlərdə düzgün qidalanma, qidaların sağlam hazırlanma üsulları və Azərbaycan mətbəxinə uyğunlaşdırılması “ adlı konfrans keçirib.

 

Konfransda ANDOP –un həmtəsisçi , Böyük Britaniya Müasir Səhiyyə Kollecinin məzunu, Beynəlxalq SCOPE sertifikasiyalı həkim-dietoloq Emil Hidayətli “Kardioloji Pasientlərdə Qidalanma” mövzusunda geniş məruzə ilə çıxış edib.

 

Mövzu böyük marağa səbəb olub. Bu layihə çərçivəsində davamlı əməkdaşlığın silsilə tədbirlərlə davam etdiriləcəyi bildirilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

7/03/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..