Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Milli Oftalmologiya Mərkəzi növbəti tibbi aksiyasını Balakən rayonunda keçirir

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası növbəti tibbi aksiyasını Balakən rayonunda keçirir.

 

Balakən dəmir yolu stansiyasında keçirilən və iki gün davam edəcək aksiyada məqsəd pasiyentləri operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir.

 

Qeyd edək ki, hazırda dünyada 300 milyon insan müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması üçün tədbirlər görür.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

28/03/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->