Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Formula 1 Azərbaycan Qran Prisi” yarışına dair Əmr imzalanıb

Səhiyyə naziri Oqtay Şirəliyev 21-28 aprel 2019-cu il tarixlərində Azərbaycanda “Formula 1 Azərbaycan Qran Prisi” yarışının keçirilməsi ilə bağlı tədbir iştirakçılarına və qonaqlara tibbi yardımın təmin edilməsi məqsədi ilə Əmr imzalayıb.

 

 

 

Əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə yarışın keçiriləcəyi ərazilərdə təcili tibbi yardım xidmətinin növbətçiliyini təmin edilməsi, yarışın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Mərkəzi Neftçilər Xəstəxanasına və Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi, tədbir iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.

 

 

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssislərində sanitariya–gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılır.

 

 

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

1/04/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->