Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Maraqlı tərəflər üçün elektron səhiyyənin standartlaşdırılması” mövzusunda seminar keçirildi (FOTO)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 4-5 aprel 2019-cu il tarixdə beynəlxalq ekspertlərin iştirakı ilə “Maraqlı tərəflər üçün elektron səhiyyənin standartlaşdırılması” mövuzunda seminar keçirildi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, Səhiyyə Nazirliyinin Statistika İdarəsi, Elmi-Tibbi Kitabxana və İSİM-in nümayəndələri seminarda iştrak etdilər. İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək, Azərbaycanda elektron səhiyyə sahəsində görülən işlərdən və əldə olunan nailiyyətlərdən söz açdı: “Müasir dövrdə elektron səhiyyə tibbi-sanitar xidmətin ən dinamik inkişaf edən istiqamətidir və bu gün ölkəmizdə “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində səhiyyə sahəsində elektron xidmətlərin genişləndirilməsi uğurla həyata keçirilir”.

 

Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə tibbi məlumatların elektronlaşdırılması istiqamətində yeniliklərin əhəmiyyətini vurğuladı: “Ölkəmizdə innovasiyaların tətbiqinin genişləndirilməsi üçün səmərəli mexanizmlərin yaradılması nəzərdə tutulur. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” proqramı çərçivəsində hazırlanacaq səhiyyə informasiya sistemi özündə elektron səhiyyə məlumatlarını, elektron resepti, elektron tibbi uçotun aparılmasını, mərkəzi rəqəmsal qeydiyyat sisteminin yaradılmasını və digər komponentləri birləşdirəcəkdir”.

 

Estoniyada elektron səhiyyənin standartlaşdırılması ilə məşğul olan ekspertlər – professor Piter Ross və Valentin Skibçik təcrübələrini bölüşdülər və hazırda Estoniyada istifadə olunan elektron səhiyyə modeli ilə iştrakçıları ətraflı tanış etdilər.

 

Səmərəli fikir mübadiləsi şəraitində keçən seminarda müxtəlif ölkələrdə tətbiq olunan elektron səhiyyə standartları geniş təhlil olundu.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətini məlumatı

 

 

5/04/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..