Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ölkəmizin 10 milyonuncu sakini doğuldu

2019-cu il aprel ayının 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub. Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

 

Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

6/04/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..