Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Altı barmaqlı uşaq ATU-da əməliyyat olundu (FOTO)

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında əlində əlavə barmaq olan uşaq əməliyyat olunub. 6 aylıq körpə polidaktiliya xəstəliyindən əziyyət əkib.

 

Polidaktiliya əlavə barmaqların olması xəstəliyidir. Baş barmaq tərəfdən sümük formalı polidaktiliya müşahidə olunur.

 

Xəstədə əlavə barmağın çıxarılması üçün cərrahiyyə əməliyyatı aparıldı. Ümumi anesteziya altında yarım saata icra olunan əməliyyat zamanı funksiya göstərməyən barmaq xaric edilib.

 

Cərrah V. Məhəmmədovun sözlərinə görə, polidaktiliya nadir xəstəlik deyil. Son vaxtlar bu tip diaqnozlara mütəmadi olaraq rast gəlinir. Bu problem ana bətnində keçirilmiş virus xəstəlikləri, inkişaf anomaliyaları ilə əlaqədardır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

25/04/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->