Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-da “Sinaptopatiyalar və Paroksizmal sindromlar” mövzusunda seminar keçirilib

Azərbaycan Tibb Universitetində “Sinaptopatiyalar və Paroksizmal sindromlar” mövzusunda seminar keçirilib.

 

Seminarın açılışında çıxış edən nevrologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Şərif Mahalov Azərbaycanda genetik xəstəliklərin araşdırılmasının aktuallığından danışıb. Daha sonra London Universitet Kollecinin professoru Henri Houldenin məruzəsi dinlənilib.

 

Qeyd edək ki, Azərbaycan Tibb Universiteti və London Universitet Kolleci nümayəndələri arasında görüş keçirilib, gələcək əməkdaşlıq prinsipləri müzakirə olunub. Görüş zamanı professorlar - Aytən Məmmədbəyli və Henri Houldenin təşəbbüsü ilə Azərbaycan Tibb Universiteti və London Universitet Kollecinin Nevrologiya İnstitutu arasında nevrologiya sahəsində aktual problemləri və xəstəlikləri özündə birləşdirən ortaq elmi tədqiqatların aparılmasının perspektivlərindən söhbət açılıb və qurumlar arasında əməkdaşlıq müqaviləsinin bağlanılmasının əhəmiyyəti xüsusi vurğulanıb.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

2/05/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..