Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb.
Belə ki, 13.07.2011-ci il tarixində dermatovenerologiya, mikrobiologiya və şüa diaqnostikası ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 102 həkim iştirak etmişdir. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstərmişdir. Ümumilikdə isə imtahanlarda iştirak edən həkimlərdən 89 (87%) nəfər uğurlu nəticələr əldə etmişdir.
Növbəti test imtahanları kardiologiya, revmatologiya və nevrologiya ixtisasları üzrə 20.07.2011-ci il tarixində keçiriləcək.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
15/07/2011