Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

ATU-da xəstənin boynunda mürəkkəb əməliyyat aparılıb (FOTO)

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 60 yaşlı qadının boynunda iki müxtəlif səviyyədə yerləşən yırtıq əməliyyat olunub. ATU-nun Tədris Cərrahiyyə Klinikasının neyrocərrahı Cəmil İskəndərovun sözlərinə görə, bu mürəkkəb əməliyyat uğurla nəticələnib.

 

Qol və ayaqların hərəkətində zəiflikdən əziyyət çəkən xəstənin müayinəsi zamanı boynunun 2 tərəfində yırtıqlar aşkarlanıb.

 

Neyrocərrahın sözlərinə görə, bu xanım müalicə üçün ATU-nun Tədris Cərrahiyyə Klinikasını seçib. Bütün müayinələrdən sonra xəstəyə cərrahiyyə əməliyyatı təyin edilib: “Əməliyyatın çətinliyi ondan ibarətdir ki, 3-4-cü boyun fəqərələrarası diski çıxarmaq texniki baxımdan bir qədər çətin prosesdir. Digər tərəfdən, əməliyyatı mürəkkəbləşdirən digər cəhət yırtıqların iki müxtəlif səviyyədə yerləşməsi ilə bağlı idi. Belə ki, bir yırtıq 3-4-cü, digəri isə 5-6-cı fəqərələrə düşüb. Yəni, biz ortada bir sağlam disk saxlamaqla, yırtıqları çıxarmalıydıq”.

 

Mürəkkəb əməliyyat saat yarım davam edib və uğurla nəticələnib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

7/05/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->