Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin məsul şəxsləri vətəndaşları qəbul edəcək

Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri tibb müəssisələrində vətəndaşların qəbulunu davam etdirir. Yerlərdə vətəndaşların şikayət, təklif və problemlərinin öyrənilməsi məqsədi ilə 17.05.2019-cu il tarixində səhiyyə nazirinin müavini Elsevər Ağayev Şamaxı Mərkəzi Rayon Xəstəxanasında Şamaxı və Qobustan sakinlərini, səhiyyə nazirinin müavini Rahim Əliyev 17.05.2019-cü il tarixində Göyçay Mərkəzi Rayon xəstəxanasında sakinləri qəbul edəcək.

 

Qəbula yazılmaq istəyən vətəndaşlardan Şamaxı və Göyçay MRX-da qeydiyyatdan keçmələri xahiş olunur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

13/05/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..