Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu şəhərin Tibb Kollecində olub (FOTO)

Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Zeki Öztürk şəhərin köklü təhsil müəssiələrindən olan Tibb Kollecində olub. Əsası 1931-ci ildə qoyulan tibb ocağında aparılan əsaslı təmir və bərpa işlərindən sonra bina ilə tanış olan qonaq burada yaradılan şəraitdən çox məmnun qalıb.

 

Zeki Öztürk bildirib ki: “Mən tibb kollecini ziyarət edərkən çox modern bir təhsil müəssisəni görməkdən çox məmnunam. Belə bir yüksək şəraitin Gəncədə yaradılması məni çox sevindirdi. Sinif otaqlarında müasir avadanlıqların quraşdırılması, tələbələr üçün yaradılan şərait gələcəkdə bu kollecdə çox peşəkar tibb işçilərinin yetişəcəyindən xəbər verir. Dərs deyən müəllimlərin bilik səviyyələri, böyük həvəslə tələbələrə bilikləri çatdırmaq istəkləri hiss olunurdu. Bu da onu göstərir ki, kollecin rəhbərliyi yüksək ixtisaslı tibb bacılarının və tibb personalının yetişdirilməsi üçün vacib addımlar atır ”.

 

Görüş zamanı kollecin direktoru Mehman Rzayev konsula məlumat verdi ki, təhsil müəssisisəsi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə sıx əməkdaşlıq edir və yaxın vaxtlarda bu təşkilatın dəstəyi ilə Tibb Kollecində hər bir şərait ilə təmin olunacaq tələbə kafe-kitabxana inşa edilməsi planlaşdırılır.

 

Türkiyənin Gəncədəki konsulu Zeki Öztürk kolleclə yaxından tanış olmaq üçün yaradılan şəraitə görə müəssisənin direktoru Mehman Rzayevə öz minnətdarlığını bildirib və əlavə edib ki, konsulluq Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə ikitərəfli əməkdaşlıq sahəsində Gəncə Tibb Kollecinə dəstək olacaqlar.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

17/05/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->