Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti iclası keçirilib

14 may 2019 –cu il tarixdə Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti iclası keçirilib.

 

İclasda İctimai Şuranın reqlamenti təsdiq edilib və şura üzvüləri arasında vəzifə bölgüsü aparılıb. Şuranın işində Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov da iştirak edib.

 

Qarşıda duran tədbirlər barədə müvafiq qərarlar qəbul edilib. Yaxın günlərdə Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə səhiyyə sahəsində qəbul edilmiş “Dövlət Proqramlarının” yerinə yetirilməsinin gedişatı barədə müzakirələrin keçirilməsi planlaşdırılıb. Şuranın növbəti iclası 21 may 2019-cu il tarixə təyin edilib.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

17/05/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013..