Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Lerik Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib (VİDEO)

Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Heydər Əliyev Fondunun təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Lerik Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib.

 

Lerikdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri aksiyada iştirak ediblər.

 

Donorlar müayinədən keçirilib, qan analizləri götürülərək laborator müayinəyə göndərilib.

 

Ümumilikdə 131 nəfər qanvermə aksiyasında iştirak edib.

 

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan və onun komponentləri ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

 

Aksiyada iştirak edən hər bir şəxsə minnətdarlığımızı bildiririk!

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

 

 

 

 

 

 

20/05/2019

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2018..

-->